“KFC China”dan yenilik: Bu məhsulu qablaşdırma ilə birgə yemək mümkündür


Digərləri 11 Avq 2018 23:50:00 424 0

“KFC China”dan yenilik: Bu məhsulu qablaşdırma ilə birgə yemək mümkündür

Çoxları bilir ki, hər zaman yenilikçi və kommunikasiyada çılğın istiqamət götürən markalardan biri də KFC-dir.

Son.az facemark.az-a istinadən bildirir ki, ötən aylarda marka Honq Konq (Çin) bazarında KFC toyuqlarının ləzzətində toyuqlar çıxarmışdı. İndi isə markanının yeyilə bilən qablaşdırması, ətraf mühitə daha az tullantının çıxarılmasına hesablanıb.

Bildiyiniz kimi dünya miqyasında plastik torbalardan istifadənin azaldılması ilə bağlı yeniliklər edilir. Məsələn, hələ ötən gün məlum oldu ki, qonşu ölkə olan Türkiyədə 3 aydan sonra plastik torbalardan istifadə ödənişli olacaq. Supermarketlər də plastik torba yerinə, altenativlərin axtarışındadırlar.

"McDonald's" və "Starbucks" kimi markalar plastik stəkan problemini aradan qaldırmağa çalışır. "KFC China"nın yuxarıda qeyd etdiyimiz addımı da sırf markaların bu istiqamətdə olan yeniliklərinə oxşardır.

"Double Down" sendiviç üçün hazırlandı