Türkiyədə pulsuz plastik torba dövrü başa çatır


Digərləri 11 Avq 2018 22:55:00 238 0

Türkiyədə pulsuz plastik torba dövrü başa çatır

Qonşu ölkədə oktyabr ayının sonundan etibarən plastik torbalar pullu olacaq. Bununla bütün alış-verişlərdə pulsuz plastik torba dövrü başa çatacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, plastik torbalar ilə bağlı qiyməti isə ölkənin Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi təyin edəcək. Yeni dəyişikliyə nəzarəti isə yerli bələdiyyələr və nazirliyin əməkdaşları edəcək.

Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi Avropa İttifaqının qanunvericiliyinə uyğun çalışmalar çərçivəsində Qablaşdırma Tullantılarının İdarə Edilməsi haqqında Əsasnaməni ötən ilin dekabrında rəsmi qəzetdə yayımlamışdı.

Ekspertlərin qiymətləndirməsinə görə, bir ədəd plastik torbanın təbiətdə məhv olması yüz illəri alır. Yeni dəyişikliyin qəbul edilməsi ətraf mühitə pozitiv fayda verəcək. Analtiklər fikirləşir ki, yeni qaydalar supermarketlər daxil olmaqla, çox sayda iş yerlərini plastik torba yükündən xilas edəcək.