Bankda işləməyə şəriətimiz icazə verirmi?


Digərləri 11 Avq 2018 22:20:00 264 0

Bankda işləməyə şəriətimiz icazə verirmi?

Bank fəaliyyətində haram olan sahələr əsasən, riba (sələm) ilə bağlıdır. Dinimizdə sələm qəti olaraq haram sayılır. Sələm vermək, sələm almaq, bu prosesdə vasitəçilik etmək günahdır.

Son.az islam.az-a istinadən bildirir ki, ona görə də bankların sələmlə bağlı fəaliyyət sahələrində çalışmaq dinimiz baxımından icazəli deyil. Bura əsasən, bankın sələm əməliyyatlarını qeydə almaq, bu işdə şahidlik etmək, sələmi müştərilərdən təhvil almaq kimi işlər daxildir. Bu sahələrdə işləmək günahdır və bundan məvacib almaq haramdır. Lakin bankın sələmlə bağlı olmayan digər fəaliyyət sahələrində işləmək icazəlidir.