Birbirindən uzaq olan cütlüklər münasibətlərini


Digərləri 11 Avq 2018 21:35:00 329 0

Birbirindən uzaq olan cütlüklər münasibətlərini

Ailənin uzun müddətli olmasının başlıca şərti sevgidir. Qarşılıqlı sevgi olmadan münasibətlərin sağlam şəkildə davam etməsi mümkün deyil. Amma bəzən iki sevgili müəyyən səbəblərdən bir-birindən ayrı qalmalı olur. Bəs görəsən, cütlüklər arasında məsafənin olması münasibətlərin davamlı olmasına nə dərəcədə təsir göstərir?

Münasibət yeni-yeni formalaşırsa...

Son.az gencaile.az-a istinadən bildirir ki, əgər bir-birindən uzaqda olan iki şəxsin sevgi münasibəti yeni başlayıbsa, bu sevginin gələcəyi tərəflərin nə dərəcədə sıx görüşmək imkanının olmasından asılıdır. Tez-tez birgə vaxt keçirmək onların bir-birini daha yaxından tanımasını şərtləndirəcək ki, bu da münasibətlərin davam etməsi baxımından önəmlidir. Əgər hər iki tərəf  sevgilisini düzgün seçdiyinə inanırsa və ən əsası bir-birindən uzaq olsalar da əlaqələrini davam etdirirlərsə, münasibətin sağlam təməllərə söykənməsində problem olması gözlənilən deyil.

Biri digərinin yanına köçməlidir

Sevənlərin bir-birindən uzaqda olması nə qədər çətin olsa da, onların qısa aralıqlarla görüşməsi və ən əsası nə vaxt görüşəcəklərinin əvvəldən müəyyən olunması tərəflərin münasibətlərinə müsbət təsir edir. Amma bununla kifayətlənməyənlər də yox deyil. Bu durumda isə tərəflərdən birinin digərinin yanına köçməsi mütləqdir. Yox, əgər tərəflər iş yerini və ya məktəbini dəyişdirmək, ailə və ictimai mühitdən uzaqlaşmaqda çətinlik çəkirlərsə, bu hal  münasibətlərin davamlılığını şübhə altına salmaqla yanaşı, tərəflərin depressiyaya düşməsinə də zəmin yarada bilər.