Qazaxıstan: Xəzərə dair bütün məsələlər həll edilib


Dünya 11 Avq 2018 20:36:00 283 0

Qazaxıstan: Xəzərə dair bütün məsələlər həll edilib

Xəzəryanı ölkələr - Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan Xəzər dənizində qarşılıqlı əlaqələrə dair bütün məsələlər üzrə razılığa gəliblər.

Son.az oxu.az-a istinadən bildirir ki, belə bəyanatla Qazaxıstan XİN rəhbəri Kayrat Əbdürəhmanov çıxış edib.

"Bu gün biz Xəzəryanı dövlətlərin müstəqillik, suveren və məxsusi hüquqlarının hüdudlarına dair suallar ətrafında birgə yanaşma əldə edə bildik", - Əbdürəhmanov deyib.

O qeyd edib ki, 9 çoxtərəfli sazişdən ibarət hüquqi baza yaradılıb və onlara daha 7 yeni saziş əlavə olunacaq.

Qazaxıstan XİN başçısı əlavə edib ki, avqustun 12-də Aktauda təşkil oluanacaq sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanacaq və sənədin müddəalarının həyata keçirilməsi üçün yüksək səviyyəli qrup yaradılacaq.