Məhdəviyyəti inkar edənlərin mövqesizliyi


Digərləri 11 Avq 2018 19:40:00 365 0

Məhdəviyyəti inkar edənlərin mövqesizliyi

Əhli-təsənnün alimlərini Məhdəviyyət mövzusuna inanmaq baxımından iki yerə bölmək olar: bir dəstə ki, Məhdəviyyəti təsdiq edir və ona inanırlar. Bir dəstə ki, birbaşa da olmasa, onu inkar edir və bu barədə gələn hədislərə etiqad bəsləmirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs əhli-təsənnün arasında bu əqidə ziddiyyəti nə zamandan yaranmışdır? Səbəbkarı kim olmuşdur?

Əgər tarixə nəzər salsaq görərik ki, Məhdəviyyət mövzusunu ilk inkar edən şəxs - İbni Xəldun olmuşdur. O zaman ki, İbni Xəldun öz fikirlərini deyir, əhli-təsənnün alimlərinin əksər hissəsi onunla müxaliflik edirlər. Onun bu fikrinin əleyhinə çoxlu kitab və məqalələr yazırlar.

Çox təəssüf ki, bu fikir bəzi alim və yazıçılara öz təsirini qoydu və Məhdəviyyəti inkar edən başqa bir qol yarandı.

Məhdəviyyəti inkar edən səbəblər nə olmuşdur?

1. İmam Məhdi (ə) ilə bağlı gələn hədislərə inanmamaq. Bu alimlər həmin hədisləri zəif hesab edir, ona görə də bu hədislərə etina etmirlər.