“Snapchat”ın yenidən dizayn olunması ona baha başa gəlib


Digərləri 11 Avq 2018 19:50:00 330 0

“Snapchat”ın yenidən dizayn olunması ona baha başa gəlib

Snap 2018-ci ilin ikinci rübü ilə bağlı maliyyə hesabatını açıqlayıb. Hesabata görə, qeyd olunan dövrdə kompaniyanın gəlirləri 44% artıb və illik ifadədə 262 milyon dollara çatıb. Şirkətin zərəri isə 353 milyon dollar olub.

Son.az facemark.az-a istinadən bildirir ki, gün ərzində "Snapchat"ın aktiv istifadəçilərinin sayı 2% azalaraq, 191 milyon nəfərdən 188 milyon nəfərə (azalma 3 milyon nəfər) düşüb.

Bu, hal əvvəlki rüblə müqayisədə şirkətin tarixində ilkdir. Buna baxmayaraq, şirkətin illik auditoriyasının sayı 8% artıb. İstifadəçi bazasının azalması əlavənin yenidən dizayn olunması ilə bağlıdır. Belə ki, bir sıra insanlar tətbiqdən istifadənin rahat olmadığından gileylənmişdi.