Usta 2 metr hündürlükdən yıxılaraq ölüb VİDEO


Digərləri 11 Avq 2018 19:04:00 289 0

Usta 2 metr hündürlükdən yıxılaraq ölüb  VİDEO

Şəki rayonunun Kiş kəndində ev tikən usta 2 metr hündürlükdən yıxılaraq ölüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 60 yaşlı Nurəli Mürsəlov məsafə az olsa da yerə başı üstə düşüb və aldığı zərbədən huşunu itirib. Xezerxeber.az-ın məlumatına görə, qohumları onu Şəki rayon xəstəxanasına aparsalar da həyatını xilas etmək mümkün olmayıb. Nurəli Mürsəlov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.