Damar tıxanmasından bizi qoruya biləcək


Digərləri 11 Avq 2018 19:07:00 265 0

Damar tıxanmasından bizi qoruya biləcək

İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.

Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəblərindən biridir.

Alimlərin fikrinə görə, damarların əsas düşmənləri şəkər və trans-yağlardır (marqarin və s.). Şəkərın çoxlu miqdarda istehlakı damarlarda xroniki iltihaba səbəb olur. Trans-yağlar isə orqanizmdə pis xolesterinin səviyyəsini artırır. Xolesterin iltihablaşmış damarlarda yığılır, damarları daraldır, onları zəif və kövrək edir. Belə damarlar tıxana, partlaya bilər ki, bu da infarkt və insulta gətirib çıxardır. 

Əksinə isə bəzi məhsullar var ki, onların istehlakı damarları xolesterindən təmizləyir və möhkəmləndirir, infarkt və insultun riskini azaldır. Bu hansı məhsullardır?

1. Yulaf yarması

Liflərlə zəngin olan yulaf yarması xolesterinin səviyyəsini aşağı salır. 

2. Quşüzümü

Son.az saglamolun.az-a istinadən bildirir ki, antioksidantlarla zəngin olduğundan quşüzümü ürək-damar sistemini möhkəmləndirir, aterosklerozun riskini azaldır.

3. Çia toxumu

Bu unikal məhsul omeqa-3 yağlı turşuların sayəsində qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır, damarları möhkəmləndirir.