Mənə tamaşaçıların dəstəyi çox kömək edir


Digərləri 11 Avq 2018 17:54:00 290 0

Mənə tamaşaçıların dəstəyi çox kömək edir

"Mən öz nəticəmdən razıyam, lakin bundan da yaxşı çıxış edə bilərdim".

Son.az bildirir ki, bu barədə Trend-ə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında ikinci yeri tutan gimnast, "Ocaqsport" klubunu təmsil edən Zəhra Paşayeva bildirib.

O deyib: "Bilirəm ki, bundan da yaxşı çıxış edə bilərdim. Mən səhv buraxdım, gələn dəfə bunu düzəltməyə çalışacağam. Yarış yaxşı keçdi, tamaşaçıların dəstəyi böyük idi. Bu da mənə çox kömək edir".

Z.Paşayeva həmçinin qeyd edib ki, Milli Gimnastika Arenası onun çox xoşuna gəlir:

"Bu, böyük və gözəl zaldır".