Tərtərdə evdən 1500 manatlıq qızılzinət əşyaları


Digərləri 11 Avq 2018 17:24:00 225 0

Tərtərdə evdən 1500 manatlıq qızılzinət əşyaları

Tərtər rayonunda evdən qızıl-zinət əşyaları və pul oğurlanıb.

Son.az Report-a istinadən bildirir ki, hadisə rayonun Ağkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Vəli Ziyad oğlu Tağıyevə məxsus yaşayış evinə girən naməlum şəxs və ya şəxslər yataq otağından 1500 manat dəyərində qızıl-zinət əşyaları və 8300 manat pul oğurlayıblar. 

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.

Son.az