Xəzərdə ABŞ hərbi bazası yerləşdirilməyəcək


Dünya 11 Avq 2018 16:35:00 250 0

Xəzərdə ABŞ hərbi bazası yerləşdirilməyəcək

Rusiyanın bəzi KİV-ləri və ekspert dairələri Amerikaya məxsus qeyri-öldürücü yüklərin Qazaxıstan ərazisi üzərindən tranziti ilə bağlı heç də real və dəqiq məlumata malik deyillər. Çünki bu məsələdə söhbət Xəzər dənizində ABŞ hərbi bazasının yerləşdirilməsindən getmir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov RİA Novosti-yə açıqlamasında belə deyib.

"Söhbət Əfqanıstan hökumətinə kömək məqsədilə beynəlxalq ictimaiyyət üçün çox vacib olan əməliyatların davam etdirilməsi naminə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir. Aydındır ki, bu cür tranzit üçün təkcə Qazaxıstanın yox, digər ölkələrin də ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb olunub. ABŞ və Rusiya arasında qüvvədə olan müqavilərdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur. Söhbət Xəzər dənizində ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir",  - deyə qazaxıstanlı nazir bildirib.