Bakıda marşrut avtobusu aşdı, ölən var


Digərləri 11 Avq 2018 16:28:31 247 0

Bakıda marşrut avtobusu aşdı, ölən var

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 10-da saat 20 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Rəhimov 64 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu dərəyə aşırıb.