Avropada təbii qazı ən ucuz istehlak edən ölkə


Digərləri 11 Avq 2018 16:14:00 284 0

Avropada təbii qazı ən ucuz istehlak edən ölkə

Ötən il Avropada təbii qazı ən ucuz istehlak edən ölkə Türkiyə olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika Bürosu (Avrostat) məlumat yayıb. Bildirilir ki, keçən il Avropa İttifaqına üzv 21 ölkə ilə Moldova, Makedoniya və Serbiyanın da aralarında yer aldığı siyahıda Türkiyə mənzillərdə ən ucuz təbii qaz istehlak edən ölkə olub. 2017-ci ildə mənzillərdə ən bahalı təbii qaz İsveçdə satılıb.

Belə ki, siyahıdakı ümumilikdə 25 ölkə arasında ötən il Türkiyədə mənzillərdə istifadə edilən 1 kilovat-saat elektrik enerjisi ekvivalenti təbii qaz üçün 2,4 avro/sent ödənilib. Siyahıda növbəti pillələrdə Rumıniya və Moldova (3 avro/sent), Serbiya (3,4 avro/sent), Bolqarıstan (3,4 avro/sent) qərarlaşıb.