Yaxşı nəticə göstərmək üçün bundan sonra çox çalışacağam


Digərləri 11 Avq 2018 15:58:00 254 0

Yaxşı nəticə göstərmək üçün bundan sonra çox çalışacağam

Yaxşı nəticə göstərmək üçün çalışacağam.

Son.az bildirir ki, bu barədə Trend-ə, 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri tutan gimnast, "Ocaqsport" klubunu təmsil edən Nigar Usubova bildirib.

O, deyib: "Yarış çox yaxşı keçdi, hər şey alındı. Heç gözləməzdim ki, yaxşı ballar əldə edim. Lakin mən bilirəm ki, bundan da yaxşı çıxış edə bilərəm. Ona görə də yaxşı nəticə göstərmək üçün bundan sonra çox çalışacağam".

N.Usubova etiraf edib ki, ona Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur:

"Azarkeşlər baxır, bu, yüksək zövq bəxş edir. Bu gün anam və atam mənə dəstək olmağa gəlmişdi. Çıxışqabağı tribunaya baxdım, sonra yarış hərəkətləri etməyə başladım və diqqətimi topladım".

Gənc gimnastın sözlərinə görə, onun məşqçisi çıxışlarından razılıq edir: