Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı


Digərləri 11 Avq 2018 12:58:00 358 0

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4 min 337 namizəd müsabiqənin yekun - müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.