Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 5-dən yuxarı vəzifəli şəxs işdən azad edilib


Digərləri 11 Avq 2018 12:48:00 270 0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 5-dən yuxarı vəzifəli şəxs işdən azad edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bakı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Xidmətdən Trend-ə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iclasda çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı Xidmətdə həyata keçirilmiş tədbirlərdən danışıb. Həmçinin 2018-ci ilin iyul çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, həmin qüsurların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.