Azərbaycanda ikinci əl məhsul PROBLEMİ:
Digərləri 11 Avq 2018 11:37:00 209 0
Hazırda dünyada ikinci əl məhsullar istehlakçı problemi olaraq qalır. Üç ildən bir çağırılan dünya konqreslərində ikinci əl məhsullar ciddi problem olaraq müzakirə edilir.
Son.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az saytına açıqlamasında deyib ki, Azərbaycan bazarında xüsusən ikinci əl nəqliyyat vasitələrində ciddi problemlər yaşanır:
"Azad İstehlakçılar Birliyi (AİB) 1998-ci ildən bəri Ümumdünya İstehlakçı təşkilatının "Consumers İnternational" (Beynəlxalq istehlakçı təşkilatı) üzvüdür. 3 ildən bir biz dünyanın müxtəlif ölkələrinə toplaşırıq, dünyada istehlakçı hüquqları məsələlərini müzakirə edirik. Bütün dünya istehlakçı təşkilatları tərəfindən ikinci əl malların problemli mallar olduğu vurğulanır, milli qanunvericilikdə bu məsələlərin arxa planda qaldığı və kütləvi surətdə istehlakçı hüquqlarının pozulduğu qeyd edilir.
Azərbaycanda ikinci əl məhsullarda birinci problemli sahə avtomobil satışıdır. Azərbaycan bazarında satışa çıxarılan avtomobillərin təxminən 80 faizinin yürüşü geri çəkilir, kilometri az göstərilir. Bu, cinayətdir və böyük istehlakçı problemi mövcuddur. Bizə hər həftə iki-üç telefon zəngi daxil olur və bildirirlər ki, baha qiymətə ikinci əl avtomobili alıblar, lakin avtomobil yağ işlədir və ya köhnədir, yürüşü azdır və sair. Bu cinayətkar qrupu hələ də ifşa edə bilməmişik. Təsadüfi deyil ki, 4 il bundan qabaq AİB də təşkilat üçün KİA markalı avtomobil almışdı. Məlum oldu ki, avtomobilin yürüşü 100 min kilometr geri çəkilib. Həmin avtomobil ölkədə məşhur bir adamın oğluna məxsus idi. Bir aydan sonra bunu müəyyən etdik və avtomobili geri qaytarmağa nail olduq. Yəni demək istəyirəm ki, ölkədə hətta varlı adamlar belə avtomobilin yürüşünü geri çəkib istehlakçılara sırıyırlar. Avtomobil satışında söhbət külli miqdarda pullardan gedir. Bəzən Almaniyadan avtomobil gətirib Gürcüstanda yaxud Azərbaycanda onu düzəldirlər".
E.Hüseynov qeyd edib ki, ikinci əl avtomobili alan insanlar mütləq avtomobilin servisdən keçməsini izləyib arayış almalıdırlar: