Metronun "Bakmil" stansiyasına hərəkət 2 günlük bərpa edilib


Digərləri 11 Avq 2018 09:20:00 281 0

Metronun "Bakmil" stansiyasına hərəkət 2 günlük bərpa edilib

Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək.

Son.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.