7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi RƏDD EDİLDİ


Digərləri 10 Avq 2018 23:42:00 246 0

7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi RƏDD EDİLDİ

Cümə axşamı ABŞ-ın Tennessi ştatının hakimiyyəti 2009-cu ildən bu yana ilk dəfə ölüm cəzasını icra edib.

Son.az xəbər verir ki, bu haqda "Tennessean" qəzeti bildirib.

Bildirilir ki, məhkəmə ölüm hökmünü Billi Reya Ayrik barəsində çıxarmışdı. O, 1985-ci ildə yeddiyaşlı qızı zorlayaraq öldürmüşdü. 59 yaşlı Ayrik ölümcül inyeksiya vasitəsi ilə yerli vaxtla 19:48-də edam edilib.

"Mən yalnız onu demək istəyirəm ki, həqiqətən çox təəssüf edirəm. Və bu hər şey deməkdir", - qəzet məhkumun son sözlərini sitat gətirib.