İri hərbi təyyarə ön şassi açılmadan eniş edib VİDEO


Digərləri 10 Avq 2018 23:33:00 295 0

İri hərbi təyyarə ön şassi açılmadan eniş edib  VİDEO

Amerika Hərbi Hava Qüvvələrinin "Lockheed C-5 Galaxy" tipli ən iri nəqliyyat təyyarəsi ön şassisi açılmadan San-Antonio (Texas ştatı) aviabazasına qəza enişi edib.

Son.az report.az-a istinadən bildirir ki, hava gəmisi burnu üstə yerə dəyərək zədələnə biləcəyi bir halda, "C-5"in pilotu öz ustalığını ortaya qoyaraq çoxtonluq təyyarəni burnunu yerə vurmadan uçuş-eniş zolağında saxlaya bilib.

Bu, təyyarəni ciddi zədələnmədən yayındırmağa imkan verib.