Yük maşını traktora çırpılıb, xəsarət alan var


Digərləri 10 Avq 2018 22:26:00 227 0

Yük maşını traktora çırpılıb, xəsarət alan var

Sabirabadda yük maşını ilə traktorun toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəsimi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1971-ci il təvəlüdlü Məmmədov İntizar Şulu oğlu idarə etdiyi traktorla hərəkətdə olarkən arxadan gələn "Shaqman" yük maşını ona çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan traktorun sürücüsü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.