Avtomobil qəzası baş verib


Digərləri 10 Avq 2018 22:10:00 275 0

Avtomobil qəzası baş verib

Bakı-Qazax avtomobil yolunda avtomobil qəzası baş verib, xəsarət alan var.

Son.az report.az-a istinadən bildirir ki, hadisə magistral yolunun Tovuz şəhər ərazisindən keçən hissəsində baş verib. 

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan olduğu bildirilir.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.