26 gün öncə avtomobilin vurduğu qadın dünyasını dəyişib


Digərləri 10 Avq 2018 20:24:00 241 0

26 gün öncə avtomobilin vurduğu qadın dünyasını dəyişib

Mingəçevir şəhərində 26 gün öncə avtomobil tərəfindən vurulan qadın xəstəxanada dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, iyulun 15-də şəhərin Bayraq meydanında "Nissan" markalı avtomobil tərəfindən vurulan 1954-cü il təvəllüdlü Labidə Fərrux qızı Nəsibova həkimlərin səylərinə baxmayaraq, bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, baş vermiş qəzada 4 nəfər piyada xəsarət almışdı. L.Nəsibovanın qızı və 3 yaşlı nəvəsi hadisənin ertəsi günü dünyasını dəyişmişdi. Ağır xəsarət almış həyat yoldaşı Zülfiqar Nəsibovun müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir.