Diqqət! Paytaxtın bu prospektində


Digərləri 10 Avq 2018 16:49:00 271 0

Diqqət! Paytaxtın bu prospektində

Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.


Xəbərə aid fotolar