"Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb"


Digərləri 10 Avq 2018 15:54:00 255 0

"Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb"

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: "Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb".