Palata: Azərbaycanda xarici valyuta satışına məhdudiyyət yoxdur


Digərləri 10 Avq 2018 15:32:00 254 0

Palata: Azərbaycanda xarici valyuta satışına məhdudiyyət yoxdur

Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur.

Bakı. Azad Həsənli - Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur. Bunu Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər. Palatadan bildiriblər: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".