Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib (FOTO)


Digərləri 10 Avq 2018 14:40:00 337 0

Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib. Trend-in məlumatına görə, bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamıyla yaradılan Azərbaycan İlahiyyat İnstitutu, öz korporativ loqosunun təşkili üçün 26 iyul 2018-ci il tarixində müsabiqə elan edib. Bu məqsədlə İnstitutda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə, AMEA–nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağıyevdən ibarət komissiya təşkil edilib. Keçirilən loqo müsabiqəsi ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutunda avqustun 8-də iclas keçirilib. İclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb.