Tamaşaçı: "Milli Gimnastika Arenasında açılış mərasimləri çox gözəl keçirilir"


Digərləri 10 Avq 2018 14:34:00 296 0

Tamaşaçı: "Milli Gimnastika Arenasında açılış mərasimləri çox gözəl keçirilir"

"Milli Gimnastika Arenasında bütün yarışlar gözəl təşkil olunur".

Son.az xəbər verir ki, bu sözləri Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Gülənbər Bədəlova deyib.

O qeyd edib ki, bu arenada yarışların açılış mərasimləri çox gözəl keçirilir.

Tamaşaçının sözlərinə görə, onun qızı bədii gimnastika ilə məşğul olur və uşaqlar bu cür yarışları izləməklə daha böyük nailiyyətlərə can atır:

"Qızımın sevimli idmançıları var və onların çıxışlarını daim izləyir. Bu, onu ruhlandırır və həvəsləndirir, çünki bədii gimnastika ilə məşğul olmaq böyük və çətin əməkdir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.