Banklar Assosiasiyasında


Digərləri 10 Avq 2018 14:37:00 271 0

Banklar Assosiasiyasında

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "İT və İT təhlükəsizlik üzrə" Ekspert Qrupunun avqust ayı üzrə növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, ABA-dan Trend-ə verilən məlumata görə, iclas fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr edilib.

Ekspert Qrupunun iclası zamanı enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə aid olan digər məsələlər müzakirə edilib. Müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.

Həmçinin iclas zamanı qrupda yeni təyinat olub. Belə ki, İlqar Əliyev "İT və İT təhlükəsizlik üzrə" Ekspert Qrupunun müavini vəzifəsinə təyin edilib.

İlqar Əliyev 2006-2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İnformasiya texnologiyaları üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışıb. 2013-cü ildən GRC Assurance & Advisory şirkətində İdarəetmə Auditi üzrə menecer vəzifəsində işləyib. 2017-ci ildən Prima Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəridir.