Güclü yağış Gürcüstanda bir sıra fəsadlar törədib


Dünya 10 Avq 2018 14:19:00 230 0

Güclü yağış Gürcüstanda bir sıra fəsadlar törədib

Ötən gün Gürcüstana yağan leysan yagışları və dolu bir sıra fəsadlar törədib. 

Son.az Report-a istinadən xəbər verir ki, paytaxt Tbilisinin Axmeti rayonunda evlərin zirzəmilərinə, ictimai-iaşə obyektlərinə su dolub, xırda sahibkarlara xeyli ziyan dəyib.

"Hərbi yol" kimi tanınan və Gürcüstanı Rusiyaya birləşdirən Mtsxeta-Stepantsminda-Lars yolu gecə saatlarında bağlanıb.

Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, yolda Gürcüstan, Azərbaycan, Ukrayna, İran, Türkiyə və Ermənistana məxsus xeyli sayda minik və yük avtomobili qalıb. Axşam və bu gün səhər saatlarında aparılan xilasetmə tədbirləri nəticəsində artıq yol sel sularının gətirdiyi iri daşlardan təmizlənib, torpaq uçqunu olan ərazilərdə torpaqbərkitmə tədbirləri görülüb, magistral istifadəyə verilib.