Gəncədə “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)


Digərləri 10 Avq 2018 12:53:52 230 0

Gəncədə “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)

Gəncə şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirilib

Bakı. Gəncə şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şəhər əhalisinin aktivliyi müşahidə olunub. Ümumilikdə 200-ə yaxın sakinə xidmət göstərilib. Keçirilən kampaniya nəticəsində 130 sakinə birbaşa yaşadıqları ərazidə əmlaklarına dair çıxarışlar təqdim olunub. Mobil ofislərə müraciət edən 70 sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, mənzilləri, həyətyanı torpaq sahələrini əhatə edib. Kampaniya çərçivəsində 50-dən çox sakinə hüquqi yardım xidmətləri də göstərilib. Müvafiq qeydiyyat xidmətlərinə uyğun tələb olunan sənədlərin siyahısı barədə məlumat verilib.