Azərbaycanlı müğənni şəhidimizin ailəsini ziyarət etdi


Şou-biznes 10 Avq 2018 12:15:00 253 0

Azərbaycanlı müğənni şəhidimizin ailəsini ziyarət etdi

Tanınmış müğənni Xatirə İslam sosial şəbəkədə yeni foto paylaşıb.

Son.az big.az-a istinadən xəbər verir ki, ifaçı Şəhid Müşfiq Orucovun ailəsini ziyarət edib. O şəhidimizin anası ilə fotosunu paylaşaraq, ürək sözlərini qeyd edib:

"Bu gün dəyərli, savadlı 700 bal toplamış şəhidimiz Müşfiq Orucovun anasını ziyarət etdim. Allah bütün şəhid qardaşlara rəhmət eləsin. Həyatda bir tək insan qarşısında baş əyərəm o da şəhid anasıdır. Nurlu, mərd, zəhmətkeş, qeyrətli analara canımız qurban olsun". 


Xəbərə aid fotolar