Adına and içdiyimiz çörəyə acınacaqlı münasibətimiz


Digərləri 10 Avq 2018 10:32:00 349 0

Adına and içdiyimiz çörəyə acınacaqlı münasibətimiz

Hər gün on minlərlə çörək israf olunur.

Bu gün zibil qutularının yanından keçəndə hər birimiz çirkli qutulara atılmış, yaxud kənarından torbalarda asılan çörəkləri hətta açıq şəkildə natəmiz yerə tökülmüş müqəddəs nemətimizi görürük.

Son.az foodinfo.az-a istinadla xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev çörəyə bu cür münasibətin dəyişməyin vaxtınin çoxdan çatdığı ilə bağlı fikirlərini bölüşərkən deyib.

M.Piriyev qeyd edib ki, xalqımız tarixlər boyu çörəyi özünün müqəddəs dəyəri hesab edib. Çörəyin yerə düşdüyünü görən hər bir azərbaycanlı onu yerdən götürüb, öpüb, alnına qoyub və hər zaman ən təmiz yerdə saxlayıb.

Ancaq bu gün zibil qutularının yanından keçəndə hər birimiz çirkli qutulara atılmış, yaxud kənarından torbalarda asılan çörəkləri hətta açıq şəkildə natəmiz yerə tökülmüş müqəddəs nemətimizi görürük.


Xəbərə aid fotolar