Pilotsuz uçuş aparatı 26 sutka havada qalaraq dünya rekordunu yeniləyib


Digərləri 10 Avq 2018 08:34:00 275 0

Pilotsuz uçuş aparatı 26 sutka havada qalaraq dünya rekordunu yeniləyib

"Airbus Defense & Space" kompaniyasının "Zephyr" pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasının ilk sınaq uçuşu havada qalma müddətinə görə yeni dünya rekordu ilə yekunlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kompaniyanın saytında dərc olunmuş press-relizə əsasən, pilotsuz uçuş aparatı 26 sutkadan 3 dəqiqə az bir müddət ərzində havada qalıb.

Sınaqların bu aparatı hamıdan əvvəl silahlanmaya qəbul etməyi planlaşdıran Böyük Britaniyanın dəstəyi ilə həyata keçirildiyi bildirilir. "Zephyr" növbəti dəfə bu ilin sonunda Avstraliyanın qərbində havaya qalxmalıdır.