Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə


Digərləri 10 Avq 2018 08:10:00 245 0

Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

Son.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

"Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun".

Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

Trend-in bu sualını Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb: