İlon Maskdan təəccüblü açıqlama


Digərləri 10 Avq 2018 07:14:00 332 0

İlon Maskdan təəccüblü açıqlama

Elektirklə işləyən avtomobillər istehsal edən "Tesla" şirkətinin rəhbəri İlon Mask tvitter vasitəsilə təəccüblü açıqlama verib.

Son.az xəbər verir ki, İlon Mask şirkətini bazardan çəkməyi düşündüyünü bildirib.

O, şirkəti özəl mülkə çevirib bazarda işləməsinə son verməyi düşündüyünü və bunun şirkətin irəliləməsi üçün doğru yol olduğunu deyib. Mask qeyd edib ki, şirkət artıq sərmayəçilərini razı salmaqdan ötrü qısa müddətli qərarlar vermək təzyiqindən qurtulacaq.

Şirkət rəhbəri bu fikrə sərmayəçilərin də dəstək verdiyini, beləliklə, şirkətdə səhmləri olanların asanlıqla razı olacağını deyib. Səhmlərin başqalarından geri alınması üçün kifayət qədər pul da tapılıb, lakin son qərar hələ ki, verilməyib.