Dünyanın ən bahalı avtomobili satışa çıxacaq


Digərləri 10 Avq 2018 07:07:00 324 0

Dünyanın ən bahalı avtomobili satışa çıxacaq

"Pagani" şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu model "Pagani Zonda HP Barchetta" adlanır və cəmi 3 ədəd istehsal edilib. Mühərrik gücü 789 at gücü olan avtomobilin satış qiyməti isə 17,5 milyon dollardır.

Hazırda "Pagani Zonda HP Barchetta" dünyanın ən bahalı avtomobili kimi qəbul edilir. Keçən il satışa çıxarılan və 13 milyon dollara satılan "Rolls-Royce Sweptail" modelinin rekordunu "Pagani" yenilədi.


Xəbərə aid fotolar