Təbaşir, torpaq, şüşə, qum yeyən insanlar –


Digərləri 09 Avq 2018 23:35:00 336 0

Təbaşir, torpaq, şüşə, qum yeyən insanlar –

Yəqin ki, çoxunuz ömrünüzdə bir dəfə təbaşirin dadına baxmısız. Daha çox uşaqların " sevimli qidası" olan təbaşir, əhəng yeməyə həvəs və tələbat bir neçə mikroelementin çatışmazlığına və parazitlərlə mübarizə üçün insanda qədim reflex kimi qəbul olunur. Buz yeyənlər isə beyin qan dövranını yaxşılaşdırmaq, anemiya və damarlarin tonusunun azalması ilə əslində mübarizə aparır. Yəni bu da qədim şüuraltı refleksdir.

Hamilə qadınlar isə hormonal yenidənqurmadan istənilən qeyri-adi nəyisə yeyə bilər: daş, torpaq, təbaşir və s. Onlara bunu qadağan etmək mümkün də deyil. Hormonal səbəblərdən insanın niyə belə şeylərə meyil etməsinin ciddi izahı yoxdur.

Son.az medicina.az-a istinadən bildirir ki, Pika sindromu isə insanın torpaq, qum, daş, təbaşir, şüşə, divar kağızı və s. qida olmayan maddələrin yeyilməsinə istəyi, aludəçiliyi, qarşısıalınmaz tələbatıdır.

Nəyə görə insan ac olmaya-olmaya bu zərərli materialları yesin?

Bir çox pediatrlar uşaqların təbaşir yeməsini orqanizmdə kalsiy mineralının defisiti ilə əlaqələndirir. Bu da uşaqlarda boyatma dövründə olur. Peşəkar həkimlər bu pasiyentlərə " aptek təbaşiri" yazır, ona qlükonat kalsiy deyilir.

Həmçinin təbaşir yeməyə meyillilik hemoqlobinin azlığına dəlalət edir. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bəzi analizlərdən sonra çatışmazlıqlar müəyyən olunur və müəyyən vitamin və preparatlar təyin edilir.   Tarixi faktlar:

Torpaq yeyən insanlar fenomeni ilk dəfə 2000 il əvvəl Hippokrat tərəfindən qeyd olunub. Geofagiya adlanan bu fenomen günümüzə kimi ən müxtəlif ölkələrdə qeydə alınıb.

Pika sindromunun daha geniş yayıldığı Madaqaskarda yeməli olmayan maddələri yemək istəyi daha çox kişilər arasında yayılıb. HAlbuki bu sindrom ilə daha çox uşaqlar və hamilə qadınlar üzləşir.

2009-cu ildə Kristofer Qolden adlı epidemioloq Madaqaskarın 16 qəsəbəsində araşdırmalar aparır.  Təxminən 53% əhali etiraf edib ki, bəzən daş, gil, qum, çiy düyü, kömür yeyirlər. Onların arasında kişilər üstünlük təşkil edib.

Bİr çox insanlar deyib ki, bunu mədə problemləri və bəzi xəstəliklərə görə edirlər. Deyiblər ki, Pİka onlara xeyirdir. Burdan aydın olub ki, Pikanın həqiqətən 2 səbəbi var: mikroelementlərin defisitini doldurmaq və həzmetmə problemləri, mədə-bağırsağı parazitlərdən təmizləmə.

Lakin Qoldenə görə, Pika sağlamlıq üçün əhəmiyyətli deyil.  

Pika sindromundan təkcə ucqar ölkələr və kənd camaatı əziyyət çəkmir. Şəhərdə yaşayan insanlar da bu sindromua tutula bilir, lakin bunu ayıb bilərək, utandıqlarından heç kimə demirlər.

Klivlend klinikasının psixoloqu Syuzan Albers deyir ki, PİKA-iştah pozğunluğudur. Bu sindrom anoreksiya və bulimiya kimi ciddi xəstəlikdir, amma lazımi qədər öyrənilməyib. Pika sindromuna həddən artıq aludə olan insanlarda bu zərərli maddələrdəki toksinlərdən ciddi problemlər yarana bilər".

1920-1921-ci illərdə Aclıq dövründə Rusiya əyalətlərində torpaq və gil yemək geniş yayılmışdı, hətta yeməyə yararlı olan gil bazarda satılırdı.  Dravert yazır ki, Samarsk quberniyasında satılan və yeyilən gil növündə çox sayda orqanik maddələr var idi. Və bu qədim dövrdən insanların qidası olub.

Dravert qeyd edir ki, Venesuela hinduları çay daşmasından sonra 3 ay təcrid olunmuş yaşadılar və bu müddətdə çayın kənarında yaranmış gillə qidalandılar. Onlar gili azca bişirirdilər.

Gil ümumiiyyətlə çox ölkələrdə qida kimi qəbul olunub: Persiya, Hindistan, Sibir, Boliviya.