Allah Təala Quranda Yezidi lənətləyib


Digərləri 09 Avq 2018 23:10:00 257 0

Allah Təala Quranda Yezidi lənətləyib

Muhənna ibni Yəhya bir gün Əhməd ibn Hənbəldən soruşur: "Sizin Yezid ibni Müaviyyə (Allah hər ikisinə lənət etsin) haqqında nəzəriniz nədir?". O, cavab verir: "Yezid həmin o kəsdir ki, böyük bir cinayət etdi və Peyğəmbərin (s) Mədinəsini qarət etdi".

Əhməd ibni Hənbəlin oğlu Saleh nəql edir: "Bir gün ona dedim: Atacan! İnsanlar bizə deyir ki, siz Yezidin dostlarındansınız".

O, cavabında deyir: "Oğlum! O kəs ki, Allaha və Qiyamət gününə iman bəsləyir, Yezidin dostu ola bilərmi?".

Dedim: "Bəs niyə onu lənətləmirsən?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Əhməd ibni Hənbəl dedi: "Yezidi necə lənətləməyim ki, Allah onu lənətləmişdir?!".