Məşhur rejissor vəfat etdi


Dünya 09 Avq 2018 22:37:00 254 0

Məşhur rejissor vəfat etdi

Teatr rejissoru və aktyor, Rusiyanın Əməkdar artisti və Əməkdar incəsənət xadimi Dmitri Brusnikin 61 yaşında vəfat edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Moskva "Praktika" teatrının mətbuat xidməti məlumat yayıb. Çexov adına Moskva Bədii Teatrı aktyorun vəfatını böyük itki kimi dəyərləndirib.

2015-ci ildə Moskva Bədii Teatrının nəzdindəki məktəb-studiyanın buraxılış kursu, "Dmitri Brusnikinin emalatxanası" kimi tanınan qrup tam heyətdə "Çelovek" Moskva Dram Teatrına qəbul edilib, D.Brusnikin isə teatrın bədii rəhbəri təyin olunub. 2017-ci ildə "Dmitri Brusnikinin emalatxanası" tam heyətdə Moskvanın "Praktika" eksperimental teatrının truppasına daxil edilib.