Yəməndə avtobus bombalandı: 50 ölü


Dünya 09 Avq 2018 22:39:00 268 0

Yəməndə avtobus bombalandı: 50 ölü

Səudiyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində ölənlərin əksəriyyəti uşaqlardır. Bundan əlavə zərbələr nəticəsində 77 nəfərin yaralandığı bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına əsasən, 29 uşaq həlak olub, 30-u uşaq olmaqla 48 nəfər isə yaralanıb.