Müsəlman kişi necə geyinməlidir?


Digərləri 09 Avq 2018 21:40:00 250 0

Müsəlman kişi necə geyinməlidir?

Səhih hədislərdən məlum olan odur ki, müsəlman kişi gözəl və səliqəli geyinməyə çalışmalı, əzaları bildirəcək qədər dar geyinməməlidir. Həmçinin, dizdən yuxarı hissəsi açıq olmamalıdır və ipək paltar geyinməməlidir.

Son.az zikr.az-a istinadən bildirir ki, İslam dinində kişilər üçün xüsusi bir geyim yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "Budunu açma, diri və ya ölü heç kimsənin buduna baxma". (Əbu Davud "Həmmam", 1; İmam Əhməd "Musnəd", 1/146). "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (əl-Buxari "Libas", 30; Əbu Davud "Xatəm", 3; ət-Tirmizi "Libas", 1). Son.az