Tonlarla kartof sahələrdə məhv olur VİDEO


Digərləri 09 Avq 2018 21:29:00 303 0

Tonlarla kartof sahələrdə məhv olur  VİDEO

Tovuzda bu il 6 min 600 hektar sahədə kartof əkilib. Lakin məhsuldarlıq çox aşağıdır. Buna səbəb isə sahələrdə sürətlə güvə xəstəliyinin yayılmasıdır. Xəstəliyə qarşı görülən tədirlər də heç bir nəticə vermir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tonlarla kartof sahələrdə məhv olur.

Tovuzda kartofa güvə xəstəliyi düşüb. Xəstəlik karantin zərərvericisidir. Bu zərərverici kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır. Tovuzun da əksər kəndlərindəki kartof sahələrində bu xəstəlik yayılıb. Fermerlərin sözlərinə görə, xəstəliyin belə sürətlə yayılmasına səbəb hava şəraitinin əlverişsiz keçməsi olub. Görülən tədbirlər də heç bir nəticə verməyib.

Fermerlər bildirirlər ki, xəstəlik səbəbindən bu il məhsuldarlıq çox aşağı olub. Ötən il 1 hektar ərazidən 18 ton məhsul götürdükləri halda bu il bu göstərici 1 tona enib. Üstəlik kartofun qiyməti də xeyli aşağı düşüb.

Tovuz Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, may ayından etibarən mütəxəssislər tərəfindən sahələrdə yoxlamalar aparılıb və xəstəlik aşkarlanan yerlərdə mübarizə tədbirlərinə başlnılıb.


Xəbərə aid video