Payızın çanta trendi müəyyənləşdi –


Dünya 09 Avq 2018 21:04:00 855 0

Payızın çanta trendi müəyyənləşdi –

Kəmər şəklində bağlanan "Belt bags" çantalar bütün yay qızların belindən düşmədi. Növbəti mövsümdə isə xanımları daha fərqli çanta dəbi gözləyir.

Son.az publika.az-a istinadən xəbər verir ki, 1950-cı illərin dəyirmi çanta dəbi payızda modapərəstlərin əsas istək obyekti olacaq.

Dəyirmi çantalar bir çox dizaynerin payız-qış kolleksiyasında, podiumlarda və vitrinlərdə artıq yer alıb. Məsələn, "Louis Vuitton", "Saint Laurent", "Chanel", "Chlo Balmain" və digər dizaynerlər əsl modapərəstləri bu aksessuarı olmadan təsəvvür etmirlər. Payızın əvvəlləri üçün dizaynerlər dəyirmi çantaların nisbətən açıq rənglərini və həsir versiyalarını, payızın ortalarına və qışa doğru isə daha tünd də dəri modellərini təklif edirlər.