Evdə hazırlaya biləcəyiniz maskalar


Digərləri 09 Avq 2018 19:38:00 302 0

Evdə hazırlaya biləcəyiniz maskalar

Hər qadının ən böyük arzusu gözəl və sağlam üz dərisinə sahib olmaqdır. Gözəlləşmək üçün sadəcə soyuducuya baxmağınız bəs edər.

Son.az axşam.az-a istinadən sizi gözəlləşdirəcək və evdə rahat hazırlayacağınız maskalar təqdim edir:

Yarım yumşaq avokadoya 1-2 qaşıq qatıq qatıb üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska sizi həm də səpkilərdən xilas edəcək.

2 xörək qaşığı süzmə qatığa 1 xörək qaşığı zeytun yağı töküb qarışdırın. Üzünüzə sürtüb, bir az saxladıqdan sonra yuyun. Bu maksa dəridəki ölü hüceyrələri təmizləyəcək, üzünüzü daha d canlandıracaq.