Qardaşını şişlə vuran Şabran sakininə hökm oxundu


Digərləri 09 Avq 2018 18:26:00 347 0

Qardaşını şişlə vuran Şabran sakininə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin cinayət işini araşdıran Şabran rayon Polis şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarıb və Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar verib.