Qardaşını şişlə vuran Şabran sakininə hökm oxundu


Digərləri 09 Avq 2018 17:15:00 254 0

Qardaşını şişlə vuran Şabran sakininə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il azadlıqdan məhrum edilib.