FAO ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb


Digərləri 09 Avq 2018 16:50:00 314 0

FAO ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Son.az bildirir ki, bu barədə Trend-ə müsahibəsində FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

M.Çakmak Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərarı yüksək qiymətləndirdiyini bildirib:

"Bu cür dövlət müəssisəsi Azərbaycanda qida məhsullarının təhlükəsizlik nəzarəti sisteminin səmərəli işləməsinə xidmət edə bilər".

M.Çakmak qeyd edib ki, qida məhsullarının təhlükəsizliyi ilə bağlı fəaliyyətlə yanaşı, Agentlik ölkədə həm idxal, həm də ixrac olunan, eləcə də yerli istehlak üçün istehsal olunan məhuslların baytarlıq və fitosanitar nəzarətini təmin edəcək.

Azərbaycanla əməkdaşlıq barədə danışan M.Çakmak deyib ki, FAO Azərbaycan hökuməti ilə, xüsusilə də Kənd Təsərrüfatı Nazirliyi ilə uzunmüddətli əməkdaşlığa malikdir: