Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ”


Digərləri 09 Avq 2018 16:27:00 298 0

Azərbaycanda ikinci ali təhsil “XƏSTƏLİYİ”

Daha yaxşı iş arzusunda olanlar və bəzən də bir işlə kifayətlənməyənlər adətən ikinci ali təhsil almağa üstünlük verirlər.  Bu baxımdan son illər ölkədə əlavə təhsillə maraqlananların, ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə edilir.

Hüquq, bağça müəllimliyi....

Son.az xəbər verir ki, Təhsil eksperti  Kamran Əsədov modern.az saytına danışarkən ikinci ali təhsilə yaranan marağın səbəblərindən söz açıb:

"Hazırda Azərbaycanın 54 ali təhsil müəssəsində  birinci pillə bakalavrda təhsil alanların sayı 164 min nəfərdir. Söhbət Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları yolu ilə  birinci bakalavr təhsili alanlardan gedir. Təbii ki,  əksəriyyət  birinci bakalavr pilləsində istədikləri ixtisas üzrə təhsil ala  və təhsil aldıqları ixtisas üzrə də əmək bazarında iş tapa bilmirlər. Bugünkü reallıq ondan ibarətdir ki, kimsə bu və ya digər ixtisas üzrə  ali məktəbə qəbul olunur, 4 ildən sonra onun işlə təmin olunması imkanı aşağıdır. Qeyd edim ki, hazırda  universitetə  bir il ərzində qəbul olan abitruyentlərin sayı 2018-ci ildə 45 min olacaq. 2017-ci ildə  bu rəqəm 42 min olub. Yəni bu qədər  insanın yalnız 42  faizi 4 ildən sonra əmək bazarında işlə təmin olunacaq, yerdə qalan 58 faiz isə diplomlu işsiz ordusu olaraq əmək bazarına daxil olacaq.  Məhz onlar da  tutalım ki, hansısa ixtisas üzrə - zootexnik, baytar, maşınqayırma , meşəçi və.s - tipli ixtisaslara qəbul olur , daha sonra iş tapa bilmir və ya  işi ixtisası üzrə olmur, əmək haqqı aşağı olur. Belə olanda halda həmin şəxslər məcbur olub hüquq- mühafizə orqanlarına, hərb sahəsinə, ədliyyə sisteminə müraciət edir və bu zaman onların ikinci  ali təhsil almağa ehtiyac yaranır".

"Qəbul olmanın asanlığı insanların bu sahəyə meylini artırıb"

K.Əsədov qeyd edib ki, ikinci ixtisas təhsili üzrə ən çox maraq  hüquq və müəllimlik ixtisası üzrədir:

"Çünki onların birinci ixtisasda işlə təmin olunma imkanları məhdud olduğuna görə, ikinci ixtisasda bu sahələri seçirlər. Bu gün ən populyar ikinci ali təhsil  ixtisaslarında birinci yerdə hüquq, ikinci yerdə müəllimlik, üçüncü yerdə bağça-ibtidai sinif müəllimliyidir. Səbəb isə asan olmasıdır. 4 il əvvəl abituriyentlərə deyirlər ki, siz TQDK yolu ilə hansı ixtisasa qəbul olursunuzsa-olun, ikinci  qəbulda bu daxili qaydada olacaq. Hətta bəzi hallarda ikinci ali təhsil üzrə qəbul  zamanı neqativlər də mümkündür. Yəni qeyri- qanuni tələblər deməzdim, əslində bu, qanuni yoldur. Ancaq bu,  pulla və ya tapşırıqla həyata keçirildiyinə görə  asandır.